Dünya
Sabiq kəşfiyyat şefi: “Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir”
Rusiya prezidenti Vladimir Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir.
Publika.az-ın unian.net saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna xarici kəşfiyyatının xidmətinin sabiq rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib.
“Ukrayna Donetsk aeroportunu vermək istəmir. Ona görə ki Putin Donetsk aeroportunda hərbi baza yaratmaq istəyir. Aeroportun digər ərazilərlə mübadiləsi haqqında məsələ var. Amma biz bu mübadiləyə qarşıyıq. Ukraynanın özü burada güclü hərbi baza yarada bilər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 5-də atəşkəs barədə razılaşmanın imzalanmasına baxmayaraq, Donetsk şəhər aeroportu uğrunda son günlər şiddətli döyüşlər gedir. Separatçılar Donetsk aeroportunda mühasirədə qalan Ukrayna hərbçilərini daim atəş altında saxlayır. Sentyabrın 29-da tank atəşi nəticəsində Ukraynanın 7 hərbçisi həlak olub. Dünən isə separatçılar aeroporta növbəti hücumunun həyata keçirib və 7 döyüşçünü itirib.
Donetsk vilayəti dövlət administrasiyasının sədri Sergey Taruta isə iki gün əvvəl aeroportun digər ərazilərlə mübadiləsi barədə danışıqların getdiyini bildirib.
“Donetskə bitişik ərazilərin Donetsk şəhər aeroportu ilə mübadiləsi barədə danışıqlar həqiqətən aparılır. Böyük ərazilərdən söhbət gedir. Təəssüf ki, bu danışıqlarda Novoazovskın mübadiləsi müzakirə edilmir. Şəhər hələ ki işğal altında qalacaq”, - deyə Donetsk vilayət dövlət administrasiyasının sədri vurğulayıb.
Bundan əvvəl isə informasiyalar yayılmışdı ki, Ukrayna ordusu Donetsk aeroportunu 25 avqustda işğal edilmiş Novoazovsk şəhəri ilə mübadiləni etmək istəyir.
Ömər Dağlı |
|
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO