Qroznıda kamikadzenin kimliyi bəlli oldu
Bizi izləyin

Dünya

Qroznıda kamikadzenin kimliyi bəlli oldu

Çeçenistanın Qroznı şəhərindən axşam saatlarında terror aktı törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qroznıdakı Konsert Zalı yaxınlığında baş verən partlayışı şəhər sakini Opti Muradov törədib.

Onun 19 yaşının olduğu bildirilir. Məlumata görə, Konsert Zalı yaxınlığında olan cavan oğlan polislərin diqqətini çəkib. Polislər onun şəxsiyyətini müəyyənləşdirmək istəyib. Bu zaman isə o, özünü partladıb.

19 yaşlı kamikadzenin də öldüyü bildirilir.

“Daxili İşlər Nazirliyi beş polisin həlak olduğunu, 12 polisin isə yaralandığını təsdiqləyir”, - RİA xəbər agentliyinin xəbərində deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm