• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rusiyada “maviləri” döyüb təhqir edirlər - Video 18+

  • Dünya
  • 6 Fevral 2014 14:52
  • 4 434 Baxış
Rusiyada “maviləri” döyüb təhqir edirlər - Video 18+

Soçi qış oyunları olimpiadası əvvəli 200-ə yaxın dünya şöhrətli yazıçı, incəsənət xadimləri Rusiyada cinsi azlıqların yaşadığı çətin həyata diqqət çəkmək üçün bəyanatla çıxış ediblər.

Publika.az “Guardian” qəzetində dərc olunan açıq məktuba istinadən xəbər verir ki, həftənin cümə günü baş tutacaq Olimpiada açılışına qədər Rusiya “mavilər”inin hüquqlarının pozulmasına diqqət çəkmək istəyən məşhurlar arasında Günter Qrass, Salman Rüşdi, Marqaret Atvud, Conatan Franzen də var.

Bu arada Human Rights Watch (HRW) təşkilatının nümayəndələri Rusiyada cinsi azlıqların konkret hansı təhqir və işgəncələrə məruz qalması barədə videoçarx yayıb.

HRW ümid edir ki, 2014 Soçi Qış Olimpiada oyunlarında beynəlxalq biabırçılığa səbəb olmuş hərəkətlərə görə Rusiya hökümətinə təzyiq etmək mümkün olacaq.

Human Rights Watch-un rus tədqiqatçısı Tanya Kuper deyir: “Rusiya orqanları LGBT iştirakçılarının hüquqlarını qorumaq iqtidarındadı, lakin bu məsuliyyətdən boyun qaçırır “

Moskva, Sankt-Peterburq və Novosibirskdən olan qurbanların Human Rights Watch tədqiqatçılarına bildirdiyinə görə, onlara qarşı ictimai yerlərdə hücumlar, oğurluq, döyülmə, zorakılıq, hədə-qorxu və psixoloji təhqirlər həyata keçirilir.

Kampaniya üzvlərinə dediklərinə əsasən, onlar polisə gedib zorakılıq haqqında məlumat verməyi və növbəti hədə-qorxunun polisin də qarşısını ala bilməyəcəyindən qorxurlar.

İddia olunur ki, qurbanlar polisə şikayət etdikdə çox az sayda müraciətlərə baxılır.

Dəstə üzvləri tərəfindən çəkilmiş geylerə işgəncə sübutlarını özündə əks etdirən kadrlar ictimaiyyətdə narahatçılıq doğurur və bu videolar böyük sürətlə sosial şəbəkələrdə yayılır.

2012-ci ildən başlayaraq radikal milliyyətçilərin də daxil olduğu bir sıra qruplar Rusiya şəhərlərində geylərə qarşı hücum və hədə-qorxular təşkil ediblər.

Çox zaman pedofiliyaya qarşı mübarizə aparmaq adıyla bu qruplar kişi və oğlanları gey olmaqda günahlandıraraq onları döyür, alçaldır və çəkdikləri videoları sosial şəbəkələrdə yerləşdirirlər.

Keçən il Rusiyada qəbul edilmiş “yetkinlik yaşına çatmamış qeyri-ənənəvi seksual münasibətlər haqqında təbliğat” federal qanun LGBT-ə qarşı qəbul olunmuş federal qanunlardan biri hesab olunur.

İnzibati xəta hesab olunan qanun pozuntusu bir neçə cərimələrlə cəzalandırılır. Xarici vətəndaşlar cərimə ödəməklə yanaşı 15 günədək həbs və ölkədən çıxarılma ilə üzləşdiyi zaman media və təşkilatlar ağır cərimələrlə cəzalandırılır.

Qanun “ənənəvi” və “qeyri-ənənəvi” münasibətləri bir tutaraq onlara qarşı da qadağa qoyur. Bu isə ictimaiyyətdə homoseksuallar haqqında müsbət bir fikir söyləməyi və uşağın homoseksual olması və ya belə bir ailədə böyüməsini bəyan etməyi qeyri-qanuni edir.

Eyni zamanda da , Human Rights Watch bildirir ki, dövlət dəstəyi və nəzarəti altında mediada homofobik kampaniyalar başlanılıb.

Qrupun tədqiqatları əsasında məlum olub ki, dövlət rəsmiləri, jurnalistləri və məşhur şəxslər ictimai şəkildə LGBT nümayəndələrini “yoldan çıxmış”, “homoseksual” və “anormal” adlandırmış və homoseksuallığı pedofiliya ilə bir tuturlar.

Xanım Kuper deyir ki, LGBT əleyhinə olan qanun və televiziyada səsləndirilən nifrət dolu sözlər ayrı-seçkilik yaradaraq Rusiya LGBT icmasına qarşı dözülməz zərbə endirir.

Rusiya rəhbərləri homofobik isteriyanı ifşa etməlidirlər, əks halda Kremlin susması zorakılığa göz yumması kimi qiymətləndiriləcəkdir.

O əlavə edib: “Rusiya rəsmiləri ilə yanaşı Beynəlxalq Olimpiya Komitəsi uzunmüddətdir ki, LGBT nümayəndələrinə qarşı mövcud olan ayrı-seçkiliyi inkar edir halbuki, zorakılıq və hədə-qorxular getdikcə artmaqdadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR