Dünyanın miqrantları ən çox cəlb edən şəhəri buradır
Bizi izləyin

Dünya

Dünyanın miqrantları ən çox cəlb edən şəhəri buradır

London iş axtaran immiqrantlar üçün ən cəlbedici şəhərdir. Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Aparılan sorğunun nəticələrinə əsasən məlum olub ki, Britaniya paytaxtı Nyu-York, Pais, Sidney və Madridi geridə qoyur.

“Boston Consulting Group” və “The Network”un tədqiqatçıları dünyanın 189 ölkəsində 200 mindən çox insan arasında sorğu keçiriblər. Rəyi soruşulanların əksəriyyəti işləmək üçün ən maraqı ölkə kimi ABŞ, Böyük Britanya, üçüncü yerdə isə Kanadanı göstəriblər. Əksəriyyət, yəni 16% Londona, 12,2%Nyu-Yorka və 8,9 Pardisə uçmaq istədiklərini qeyd ediblər.

Sorğunun nəticələrindən məlum olub ki, hətta ən firavan ölkələrin sakinləri belə emiqrasiya arzusundadırlar. Onların 90%-dən çoxu Fransa və Hollandiyada, 75%-i İsveçrədə və 44%-i paytaxtı dünyanın ən cəlbedici şəhəri sayılan Böyük Britaniyada işləmək istəyir.

Birləşmiş Krallığın baş naziri Deyvid Kemeron 2015-ci il seçkilərində seçilərsə, miqrantlarla bağlı bir sıra dəyişikliklər edəcəyini açıqlayıb. Belə ki, o, miqrantlara olan ödənişlərin azaldılmasına və ölkəyə gələn miqrant axının mümkün qədər qarşısının alınmasına çalışacağını deyib. Söhbət birinci növbədə Avropa İttifaqının ən kasıb ölkələri - Ruminiya və Bolqarıstan kimi ölkələrdən gedir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm