Türkiyədə maşın etirazçıların üzərindən keçdi - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə maşın etirazçıların üzərindən keçdi - VİDEO

Kobani üçün başlayan etiraz mitinqlərində gərginliyin son həddə çatdığı Türkiyədə etirazçıların üzərinə maşın sürülüb.

Axar.az-ın Türkiyədəki əməkdaşının verdiyi xəbərə görə, hadisələr etnik kürdlərin kompakt yaşadığı bölgələrdən olan və İstanbulun Avropadakı hissəsində qalan Əsənyurt rayonunda baş verib.

Kobanidəki kürdləri qorumaq üçün Türkiyə dövlətinə çağırış edən aksiyaçıların üzərinə ağ rəngli Tofaş markalı maşınla hücum olub. Maşın bir neçə etirazçını əzərək keçib.
Olayın provokasiya məqsədi ilə törədildiyi istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm