Alman vəkilin Kobani mesajı aranı qarışdırdı
Bizi izləyin

Dünya

Alman vəkilin Kobani mesajı aranı qarışdırdı

Almaniya Sol Partiyasından Federal Parlamentin millət vəkili Kristina Bukholzun Kobanidəki kürdlərə yazdığı pankart ictimai medianın gündəmini zəbt edib.

Axar.az xəbər verir ki, Bukholz mesajında Kobanidəki qarşıdurmaların və ABŞ bombardmanının dayandırılmasının lazım olduğunu bildirib.

Millət vəkilinin bu addımı partiyasından da ona etirazların gəlməsinə gətirib çıxarıb. Kürdlərin ABŞ-ın İŞİD-ə qarşı hava əməliyyatını gücləndirmək barədə istədiyi gün Bukholzun bu mesajı lağa qoyulub.

Millət vəkili döyüşün yalnız silahla qazanılmayacağını, ABŞ bombardmanının isə İŞİD-i siyasi olaraq gücləndirəcəyini irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm