Diyarbəkrdə 5 alman “jurnalist” saxlanıldı
Bizi izləyin

Dünya

Diyarbəkrdə 5 alman “jurnalist” saxlanıldı

Peşəsini yerinə yetirmək bəhanəsi ilə Almaniyadan Diyarbəkrə gələn 5 alman jurnalist saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, alman jurnalistlərin Türkiyədə baş verən Kobani etirazlarında barmağı olduğu iddia edilir.

Kobanidə baş verənlərlə bağlı xəbər toplamaq üçün Şanlıurfa vilayətinin Suruç mahalına gələn alman jurnalistlər sonradan Kobani etirazlarının olduğu Diyarbəkrə gedib. Alman jurnalistlərin uşaqlardan ibarət qruplar yaradaraq onları rezin yandırmağa sövq etdiyi bildirilir.

Təxminən 6 gündür Diyarbəkrdə olan jurnalistlər Diyarbəkr Təhlükəsizlik Müdirliyi tərəfindən nəzarətə alınıb​​.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm