Kataloniya hakimiyyəti referendumdan imtina etdi
Bizi izləyin

Dünya

Kataloniya hakimiyyəti referendumdan imtina etdi

Kataloniya regional hakimiyyəti noyabr ayına təyin olunmuş müstəqillik referendumunun keçirilməsindən imtina edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Kataloniya prezidentinin nümayəndəsi keçirəcəyi mətbuat konfransında izahat veriləcək.

Kataloniyada müstəqillik əldə etmək ideyası İspaniyada iqtisadi böhran başlanandan sonra gündəmə gətirilib.

Qeyd edək ki, sentyabrın 19-da regional parlament lehinə - 106, əleyhinə 28 səs olmaqla referendumun keçirilməsi üçün Kataloniya prezidentinə səlahiyyətlər vermək barədə qərar qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm