ABŞ-dan Ərdoğana cavab: “Niyyətimiz bəllidir”
Bizi izləyin

Dünya

ABŞ-dan Ərdoğana cavab: “Niyyətimiz bəllidir”

ABŞ-da Ərdoğanın “milyonlar xərcləyib buraları bombalayanlar neft quyularını öz adlarına keçirmək üçün edirlər” sözlərinə cavab veriblər.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin sözçüsü Cem Psaki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “on milyonlar, yüz milyonlar xərcləyib, İraqı, Suriyanı bombalayanlar, elə bilirsiniz ki, sülh üçün edirlər? Xeyr, neft quyularını öz adlarına keçirmək üçün bunu edirlər” sözlərinə cavab verib.

Psaki qeyd edib: “Hava hücumlarındakı mövqeyimizi kifayət qədər açıq şəkildə bəlli etdiyimizi düşünürəm. İŞİD (İraq Şam İslam Dövləti) təhdidinin qarşısını almaq koalisiya ortaqlarımız üçün də sərf edir”.

Türkiyə ilə görüşlər keçirilib

Psaki mətbuat konfransında ABŞ prezidentinin İŞİD-ə qarşı beynəlxalq koalisiya üzrə xüsusi nümayəndəsi ehtiyatda olan general Con Allenlə köməkçisi Bret MakQarkın keçən həftə Türkiyə səfər etmələri qeyd olunub. Görüşlərdə hərbi məsələlər də müzakirə olunub.

Psaki Türkiyənin Suriya müxaliflərinin təlim və avadanlıq proqramına ev sahibliyini qəbul etdiyini xatırladıb. ABŞ Müdafiə Nazirliyinin əməkdaşları da bu proqramın davam etdirilməsi üçün indi Türkiyədədirlər.

PKK hücumlarını Kobani ilə əlaqələndirmək düzgün deyil

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı əməliyyatlarına dair sualları (Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK sipərlərini bombalayıb – red.) cavablandıran Psaki, bu əməliyyatların Kobanidən çox uzaqda həyata keçirildiyini deyib.

Psaki vurğulayıb: “Bilirəm, bu iki məsələni bir-biri ilə əlaqələndirmək olar. Açığı, indi çox qarışıq vəziyyət yaranıb. Amma Türkiyə ilə PKK arasında uzun bir keçmiş var. Türkiyə dövlət adamlarından PKK-nın bir hərbi birliyinə atəş açdığına dair açıqlamalarını eşitdik. Bununla bağlı əlimizdə konkret bir sübut yoxdur. Amma bu məsələləri (Kobani və PKK-ya qarşı əməliyyatlar – red) bir-birindən ayırmağı məsləhət görürəm”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm