Separatçılar Poroşenkonun qanununu təriflədilər, amma…
Bizi izləyin

Dünya

Separatçılar Poroşenkonun qanununu təriflədilər, amma…

Xəbər verildiyi kimi Ukrayna prezidenti Pyotr Poroşenko dünən “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli özünüidarənin xüsusi qaydası haqqında” Qanunu imzalayıb. Göstərilən ərazilərdə xüsusi status qanun imzalandığı gündən 3 illiyə tətbiq edilir.

Qanunun əsas hədəfi vəziyyətin tezliklə normallaşması üçün şərtlərin yaradılması, qanunçuluğun, vətəndaşların konstitusion hüquq və azadlıqlarının bərpası, sakinlərin geri qayıtması üçün şəraitin formalaşdırılması, habelə yaşayış məntəqələrində həyat fəaliyyətinin bərqərar edilməsi və ərazilərin inkişafı”dır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Donetsk separatçılarının liderləri Poroşenkonun sözügedən qanunu imzalamasını şərh ediblər.

“Donetsk Xalq Respublikası”nın (“DXR”) “baş nazirin müavini” Andrey Purqin qeyd edib ki, Donbas hövzəsinin xüsusi statusu haqqında qanunun P.Poroşenko tərəfindən imzalanması Kiyevdə "sülh partiyası”nın qalib gəldiyini göstərir.

Onun sözlərinə görə, bu qanunu “pozitiv istiqamətdə addım” kimi qiymətləndirmək olar: “Çünki Kiyev problemin mövcudluğunu tanıdı və qəbul etdi ki, onu həll etmək lazımdır. Təsdiqləmək olar ki, Kiyevdə “müharibə partiyası” deyil, “sülh partiyası” qalib gəlir və onlar hansısa güzəştləri tapmağa çalışır. Bundan başqa, onlar faktiki olaraq bizi danışıqların tərəfi kimi bizi tanıyırlar, hansısa terrorçular kimi deyil”.

Eyni zamanda A.Purqin vurğulayıb ki, “DXR” hakimiyyəti yeni qanuna tabe olmaq niyyətində deyil. “Baş nazir müavini”nin sözlərinə görə, sözügedən qanunu 2014-cü ilin martında qəbul etmək lazım idi. “Minlərlə insanın həlak olmasından, evlərin dağıdılmasından, işgəncələrdən və hərbi cinayətlərdən sonra bu haqda düşünmək gecdir”, - deyə o vurğulayıb.

Analoji fikri “DXR”in “baş nazir”i Aleksandr Zaxarçenko da söyləyib.

“DXR müstəqil dövlətdir. Bu müstəqilliyə onun vətəndaşları səs veriblər. Ukrayna istənilən qanunları qəbul edə bilər, lakin onlar bizə aid deyil. Kiyevdə hələ də illüziya var ki, bizi idarə edir. Amma bu belə deyil”, - deyə Zaxarçenko söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm