“Telefondakı səs nə dedi?”- Türkiyədəki kəşfiyyat böhranının gizlinləri
Bizi izləyin

Dünya

“Telefondakı səs nə dedi?”- Türkiyədəki kəşfiyyat böhranının gizlinləri

Dövlətin prokuroru, dövlətə qarşı əməliyyat həyata keçirməz” düşüncəsi ilə hərəkət edən MİT böyük bir tələnin parçası olacaqlarından xəbərsiz idi.

“7 Fevral 2012-ci il saat 17.00-də Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbərinə İstanbuldan sürpriz bir telefon zəngi gəldi. Telefondakı səs “Mən xüsusi səlahiyyətli prokuror Sadrettin Sarıkayayam. İfadə vermək üçün səni gözləyirəm” deyirdi”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözlər Türkiyənin “Sabah” qəzetinin bugünkü sayında dərc olunan bir yazıda yer alıb. Qəzeti 2012-ci ilin fevral ayında yaşanan “MİT böhranı”nın pərdəsini açdığını bildirir.

Xatırladaq ki, 2012-ci ilin fevral ayında Türkiyədə MİT rəhbərlərinin istintaqa çağırılması ilə bağlı misli görünməmiş bir siyasi qalmaqal yaranmışdı. MİT rəhbəri Hakan Fidan, bu təşkilatın keçmiş direktoru Əmrə Taner, onun müavini Afet Güneş və daha iki yüksək rütbəli MİT təmsilçisi PKK-nın şəhərlərdə fəaliyyət göstərmək üçün qurulmuş siyasi qolu KCK-ya qarşı aparılan istintaq çərçivəsində İstanbul prokurorluğunun xüsusi səlahiyyətli dövlət prokuroru tərəfindən şübhəli şəxs qismində ifadə verməyə çağırılmışdı.

Prokuror Sadreddin Sarıkaya bu əmri hətta İstanbul cümhuriyyət prokuroru, “Ergenekon” işinin istintaqına rəhbərlik edən Turan Çolakkadını məlumatlandırmadan imzalamışdı. Onun əmrinə əsasən MİT direktoru və bu qurumun digər adı keçən mənsubları fevralın 9-da İstanbula gedib ifadə verməli idi. Gözlənilirdi ki, H.Fidan və digərləri İstanbula gedib prokuror Sarıkayaya ifadə verəcəklər. Lakin günün sonunda Hakan Fidanın istintaqa ifadə verməyəcəyi açıqlanıb. MİT-dən bildirilib ki, prokurorun onu dindirmək səlahiyyəti yoxdur və əvvəlcə baş nazirdən icazə alınmalıdır.

“Sabah” qəzetinin bugünkü sayında dərc olunan və “MİT böhranı” ilə bağlı olan həmin yazını ixtisarla təqdim edirik.

Dərin böhran

“Sabah” “MİT böhranı”nın pərdəsini açır. Telefondakı səs MİT rəhbərinə nə dedi? “Bu işlərin yalnız CIA tərəfindən ediləcəyini zənn edirdik” deyən xüsusi səlahiyyətli prokuror otağından çıxar-çıxmaz MİT vəzifəlilərinin texniki təqibinə necə başladı? MİT rəhbəri Hakan Fidanın çox gizli uçuş marşrutunu kim ələ keçirdi? Baş nazirin iki ayrı ofisində olan “böcəklər”(dinləmə cihazı) necə tapıldı? Gecə yarısı MİT ofislərinə girən polis nə etdi? “İmralıdakı gizli protokollar” istintaq sənədinə hansı üsulla girdi? Oslo və Uludere bir ssenari idimi? MİT-in yaranmasının 85-ci ildönümündə açıqladığı strategiya kimləri narahat etdi? Baş nazir “Götürəcəksinizsə, məni götürün" deməyi niyə lazım bildi? İki il əvvəl yaşanan “dövlət böhranı”nın daha hansı qaranlıq tərəfləri var idi?

Hər şey sürpriz bir adın MİT rəhbərliyinə təyin edilməsi ilə başladı. Hakan Fidanın MİT rəhbərliyinə təyin edilməsi ənənəvi müttəfiqləri ilə işə alışan, kəşfiyyat təşkilatı üzərindən Türkiyəni nəzarət altında saxlayan qlobal güclər Fidanın təyinatına hazır deyildi. Əslində Fidan Ərdoğanın xüsusi nümayəndəsi olaraq toplantılarda olurdu. Amma kariyer olaraq daha irəliyə gedə biləcəyinə çox ehtimal etmirdilər. Ankara həmin tarixdə 30 illik qanlı qarşıdurmanı həll etmək üçün olduqca əhəmiyyətli yeni bir təşəbbüsə başlamışdı. Bu qərar Osla prosesində qəbul olunan qərardan çox fərqli idi. Türkiyə üçüncü ölkələri prosesə daxil etmədən tamamilə öz imkanları hesabına “kürd məsələsi”ni həll etməyə qərar etmişdi. Türkiyəni qandallardan xilas edəcək bu proses baş nazir R.T.Ərdoğanın təlimatı ilə başlamış və MİT-də qurulan xüsusi bir heyət bu məqsədlə vəzifələndirilmişdi.

Sirr kimi saxlanılan əməliyyat

Baş nazir Ərdoğan sirr kimi saxlanılan əməliyyat üçün 26 Noyabr 2011-ci il tarixində qərar vermişdi. Ərdoğan xəstəxanada yatarkən “Paralel quruluş”un ilk və strateji hədəf olaraq gördüyü MİT rəhbəri H.Fidan üçün sənəd hazırlığını son mərhələyə gətirməkdə idi. Baş nazirin səhhəti ilə spekulyasiya edən ətrafı diqqətləri bir başqa nöqtəyə çəkərkən, MİT-dən bir qrup da Ankarada iki kritik nöqtədəki ofisdə axtarışı apardı. 28 Dekabr 2011-ci ildə baş nazir Ərdoğanın Subayevler iqamətgahı ilə rəsmi iqamətgahındakı ofislərində təhlükəsizlik qüvvələri axtarış apardı. Təhlükəsizlik qüvvələri axtarışlardan sonra “təmizdir” hesabatı vermişdi. Ancaq baş nazirin yaxın ətrafında bəzi şübhələr var idi. “MİT də araşdırsın” deyilərək hər iki iqamətgahda MİT-dən də “böcək” axtarışı istənildi. 28 Dekabrda Ərdoğanın Subayevlerdəki evində, 30 Dekabrda isə rəsmi iqamətgahında aparılan axtarışlarda ən az 100 metr məsafəyə siqnal göndərən iki ayrı dinləmə cihazı tapıldı. Bu məlumatın sızmaması üçün ciddi tədbirlər görüldü, MİT isə araşdırmanı genişləndirdi.

İlk əməliyyat

Ankara baş nazirin evinə qədər girə bilən casuslara fokuslandığı bir vaxtda polis İstanbulda bir basqın təşkil etmişdi. Polis 20 Dekabr 2011-ci ildə KCK mətbuat komitəsinə qarşı əməliyyat çərçivəsində bir agentlik bürosuna da daxil olmuşdu. Kompüterlərdə də müsadirə olunmuşdu. Çoxlarının diqqətini çəkməyən bu hadisə 7 Fevral “MİT böhranı”na gedən yolda ilk addımlardan idi. 2011-ci ilin son günlərində MİT-in İstanbul rəhbərliyində hərəkətli saatlar yaşanmaqda idi. Təhlükəsizlik güclərinin keçirdiyi əməliyyatla 44 adam saxlanılmışdı. Polis basqın ediləcək məkanlar siyahısında olmayan, ancaq MİT-in işçisinin olduğu həmin xəbər agentliyində də axtarış aparmışdı. Fotomüxbir M. Ö. də nəzarətə alınan şəxslər arasında idi.

Prokuror ilə ilk tanışlıq

Basqını öyrənən MİT nümayəndələri nələrin baş verdiyini öyrənmək üçün istintaqı icra edən xüsusi səlahiyyətli prokurorlar ilə görüşməyə qərar verdi. MİT səlahiyyətliləri 7 Fevral böhranı ilə məşhurlaşacaq xüsusi səlahiyyətli prokurorlar Bilal Bayraktar və Sadrettin Sarıkaya ilə tanış oldu. MİT səlahiyyətliləri prokurorlara MİT-in xüsusi işinin nədən ibarət olduğunu izah etdi. Məsələnin deşifrə ediləcəyi halda bir çox MİT işçisinin həyatının təhlükə ilə qarşı-qarşıya qalacağını və “Milli təhlükəsizlik problemi”nin ortaya çıxacağını ifadə etdilər.

“Canınız bizə əmanət”

MİT səlahiyyətlilərini dinləyən Bayraktar və Sarıkaya “Canınız bizə əmanət, bu məlumatlar bizdən çıxmayacaq” deyərək MİT-in işinə zərər gəlməməsinə çalışacaqlarını bildirdilər. Hətta prokuror Bayraktar “Belə işləri biz CIA kimi kəşfiyyat təşkilatlarının etdiyini düşünərdik” deyərək MİT-i tərifləməyi də unutmayıb.

Yola saldı, dinləmə başladı

Bundan sonra yeni bir əməliyyat üçün düyməyə basıldı. MİT-in işinə heyranlığı dilə gətirən prokurorlar eyni gün MİT səlahiyyətlilərinin texniki təqibi ilə bağlı qərar verdi. Prokurorların xüsusi olaraq seçdiyi polis qrupu terror qruplaşmalarını izləmək əvəzinə terror qruplarına sızan MİT səlahiyyətlilərini izləməyə prioritet seçdi. MİT böyük bir iddianın parçası olduqlarından xəbərsiz idi. KCK mətbuat komitəsinə edilən basqın sonrası hazırlanan sənəd əslində H.Fidana qarşı idi. İstanbul və Ankarada açılan digər istintaqlar da eyni sənəddə birləşdirilərək bir əməliyyat olaraq tamamlanacaqdı.

“Dövlətin prokuroru, dövlətə qarşı əməliyyat həyata keçirməz” düşüncəsi ilə hərəkət edən MİT böyük bir tələnin parçası olacaqlarından xəbərsiz idi. Nəzarətə alınan M. Ö. “Paralel quruluş” üçün H.Fidana gedəcək qısa yol olaraq seçilmişdi. Digər şübhəlilərdən ayrılan M. Ö. ifadə alınması üçün İstanbul Terrorla Mübarizə üzrə şöbə müdirliyinin köməkçisi S.B.-nin otağına aparıldı. MİT-in PKK və KCK-nin təşkilatlanması üçün çalışması haqqında məlumat almağa çalışan polislər taktiki bir manevr tətbiq etdi. M. Ö. prokurorluqdan sərbəst buraxılarkən onun çəkdiyi sxem “paralel” əllərə də keçdi. Beləliklə, 7 Fevral 2012-ci il infrastrukturu quruldu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm