HƏMAS liderinin qızı İsraildə müalicə olundu
Bizi izləyin

Dünya

HƏMAS liderinin qızı İsraildə müalicə olundu

Fələstinin keçmiş baş naziri və HƏMAS liderlərindən olan İsmayıl Haniyənin qızı İsraildə yerləşən xəstəxanalardan birində müalicə alıb.

Axar.az xəbər verir ki, müalicə prosesi oktyabrın əvvəlində Tel-Əvivdə yerləşən İçilov Xəstəxanasında baş tutub. Xəstəxana rəhbərliyi məlumatı təsdiqləyib.

Xəstəxananın yaydığı məlumatda Qəzza və Fələstindən minlərlə insanın hər il İsraildə müalicə aldığı bildirilib.

Qeyd edək ki, HƏMAS liderlərindən İsmayıl Haniyənin 13 övladı var. İsrailin Qəzzaya təşkil etdiyi son hücumlarda HƏMAS liderinin evi dağıdılmış, ailə üzvləri yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm