• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyədə Ebolaya görə daha bir nəfər xəstəxanaya yerləşdirildi

  • Dünya
  • 23 Oktyabr 2014 10:58
  • 272 Baxış
Türkiyədə Ebolaya görə daha bir nəfər xəstəxanaya yerləşdirildi

Türkiyədə Ebola virusu şübhəsi ilə Həcc ziyarətindən qayıtmış daha bir ölkə vətəndaşı xəstəxanaya yerləşdirilib. Trend xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Beləliklə, Türkiyədə Ebola virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı altı nəfərə çatıb. Onlardan beşi Həcc ziyarətindən qayıdıb, biri isə Somalidə təhsil alan tələbədir.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduğu vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR