Milli Qvardiyanın “qiyam”ını təşkil edən Rusiya vətəndaşı saxlanıldı
Bizi izləyin

Dünya

Milli Qvardiyanın “qiyam”ını təşkil edən Rusiya vətəndaşı saxlanıldı

Ukrayna prezident administrasiyasının qarşısında Ukrayna Milli Qvardiyası hərbçilərinin etiraz aksiyasını təşkil edən Rusiya vətəndaşı saxlanılıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliynə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko brifinqdə bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri onun adının Qruçişkin və “Rossiyskiy Novosti” nəşrinin baş redaktor müavini olduğunu deyib.

Xatırladaq, dünən Milli Qvardiyanın 300 hərbçisi 13 oktyabr tarixində prezident administrasiyası binası qarşısında tərxis olunması tələbi ilə aksiya keçiriblər. Aparılan danışıqlardan sonra Milli Qvardiya hərbçiləri xidmət etdiyi hərbi hissələrə qayıdıb. Onlara antiterror əməliyyatları zonasına göndərilməyəcəyi və barəsində cinayət işi açılmayacağı barədə söz verilib.

Etiraz aksiyasından bir neçə gün sonra Ukrayna Milli Qvardiya hərbçilərinin etiraz aksiyasında Moskvanın iştirakı ilə bağlı bəzi faktları ortaya qoydu. Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Yuliya Xarlamovanı və onun yeni sevgilisi “qiyam” zamanı Milli Qvardiyanın hərbçiləri arasında görünüb.

Məlumata görə, o, dostu ilə birlikdə Milli Qvardiya əsgərlərinin psixoloji hazırlığı ilə məşğul olur və onları “qiyam”a təhrik edirdi. Bildirilir ki, Yuliya Donbas hövzəsində vuruşmağa vaxt tapıb və “Rusiç” diversiya dəstəsi ilə birlikdə Luqansk vilayətinin Metallist qəsəbəsində “Aydar” batalyonunun blokpostlarına hücüm edib. Sosial şəbəkədəki profilə görə, 25 yaşlı moskvalı Yuliya Tselinski Lobaçevski adına Universitetdə oxuyub. Evli olan Yuliyanın bir uşağı da var. Yuliya “Rusiç” dəstəsindəki gələcək terrorçularla hələ 2000-ci illərin ortalarında tanış olub. O, həmin vaxt Rusiyanın millətçi dairələrində kifayət qədər məşhur idi və müxtəlif neofaşist qurultaylarda iştirak edirdi. FTX-nin əməkdaşı “Mavi səma quzuları” desant yönümlü pravoslav-faşist təşkilatının üzvüdür.

Yuliyanın yeni sevgilisi və partnyoru olan desantçı Aleksey Milçakov Sankt-Peterburq sakinidir. Aleksey məşhur Metallist qəsəbəsində “Aydar” batalyonunun yaralanmış döyüşçüləri üzərində təhqiredici hərəkətləri ilə ad qazanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm