İŞİD əsir sataraq 20 milyon dollar qazandı
Bizi izləyin

Dünya

İŞİD əsir sataraq 20 milyon dollar qazandı

“İŞİD-in neft satışlarından iyunun ortalarından başlayaraq gündə təxminən bir milyon dollar qazandığını təxmin edirik. İŞİD əsirləri satmaqdan bu il, ən azı, 20 milyon dollar əldə edib”. ABŞ Maliyyə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyat idarəsinin rəisi Kohen belə deyib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Kohen İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının bir başqa gəlir mənbəyinin məsum insanları qaçırmaq olduğunu bildirib. Kohen İŞİD-in yaxaladığı jurnalistlər və avropalı əsirlər üçün milyonlarla dollar tələb etdiyini bildirib:

Nəticədə, İŞİD bu il əsir satmaqdan, ən azı, 20 milyon dollar gəlir əldə edib. ABŞ-ın pul ödəməməklə bağlı qərarı “şir ürəyi” yeməyindən” deyil, amerikalıların əsir götürülməsinin qarşısını almaq üçündür. Hansı ölkələrin İŞİD-ə pul ödədiyini deyə bilmərəm. Əsas məsələ budur ki, bütün ölkələr bu məsələdə konkret mövqe qoyaraq, terror təşkilatlarının ən ciddi maliyyə qaynaqlarından biri olan əsirlər üçün pul ödəməmək siyasətini yürütməlidirlər. İŞİD qarət, oğurluq və bu kimi cinayətlərdən istifadə edərək ciddi gəlir əldə edir. Ona görə də artıq terror təşkilatları ənənəvi ianə yollarından o qədər də istifadə etmir”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm