“Kadırovçular” və kazaklar Mariupola hücuma hazırlaşır
Bizi izləyin

Dünya

“Kadırovçular” və kazaklar Mariupola hücuma hazırlaşır

Ukrayna ordusu ilə separatçılar arasında cəbhə xətti hesab olunan Mariupol şəhəri ətrafında separatçı qüvvələrin fəallığı müşahidə olunur.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi ekspert qeyd edib ki, Rusiya qoşununun batalyon taktik qrupu Novoazovsk rayonu istiqamətindən Mariupol istiqamətinə yerini dəyişib. D.Tımçuk batalyon taktik qrupunun Rusiya muzdluları (“kadırovçular”, osetinlər və kazaklar), həmçinin yerli separatçılardan təşkil olunduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm