Dünya
Əsl təhlükə: Ərdoğan xəbərdarlıq etmişdi
Bəşər Əsəd gücləri Suriyanın ən böyük şəhəri Hələbdə müxalifətin xarici aləmlə yeganə əlaqə xətti olan dəhlizi da bağlayıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Suriya ordusu müxalifətin Hələbin mərkəzi ilə əlaqəsində strateji nöqtə olan Handerata hücum edir.
Handerat itirilsə Hələb rejim tərəfindən tamamilə mühasirəyə alınmış olacaq. Bu halda isə şəhərdəki humanitar vəziyyət daha da pisləşəcək. Hələb itiriləcəyi halda müxalifətin Suriya daxilində aktiv döyüş əməliyyatları apardığı heç bir böyük şəhər qalmayacaq və rejim İŞİD-in əlindəki Rakka və Deyr Ez-Zordan başqa Suriyadakı bütün şəhərləri nəzarəti altına almış olacaq.
Hələbin rejim qüvvələrin əlinə keçməsi isə müxalifətin Türkiyə sərhədinə doğru çəkilməsinə səbəb olacaq. Bu halda Türkiyəyə doğru böyük bir köç dalğasının yaranması da gözlənilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfərindən qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Suriyada əsl təhlükə altında olan şəhərin Hələb olduğunu bildirmişdi: “Kobanini bir tərəfə buraxın, Hələb təhdid altındadır. Hələb Şimali Suriyanın ürəyidir və təəssüf ki, orada böyük bir tarix yox olmaq üzrədir”.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO