Miqrant işçilər göydələndən tullanmaq istədilər
Bizi izləyin

Dünya

Miqrant işçilər göydələndən tullanmaq istədilər

Tikinti sahəsində çalışan 10 miqrant Çinin Anxoy vilayətinin Suçjou şəhərində 33 mərtəbəli binanın üstünə çıxaraq oradan tullanacaqlarını bildiriblər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, miqrantlar onların 330 min yuan (təxminən 55 min dollar) əmək haqqının ödənilmədiyini iddia ediblər.

Polisin məlumatına görə, işçilər tikinti layihəsinin tamamlanmasından dərhal sonra pulun ödənilməsini tələb etsələr də, tikinti rəhbəri bununla razılaşmayıb. “Mən pulu onlara ilin sonuna kimi hissələrlə ödəməyə hazırlaşırdım. Amma onlar razılaşmadılar”, - deyə tikinti rəhbəri deyib.

Məlumata görə, bir saatlıq danışıqlardan sonra tərəflər pulun ödənilməsi şərtlərində razılaşıb. Miqrantların tikinti rəhbəri ilə birlikdə polis bölməsinə aparıldığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm