Ərdoğandan qaz müjdəsi: “Türkmən qazı TANAP-la Avropaya çıxacaq”
Bizi izləyin

Dünya

Ərdoğandan qaz müjdəsi: “Türkmən qazı TANAP-la Avropaya çıxacaq”

“Türkmən qazının Avropaya çatdırılmasında TANAP böyük rol oyanayacaq”.


Publika.az RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aşqabadda türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədlə görüşdə bildirib.


Türkiyə prezidenti türkmən qazının Avropaya çıxarılmasını Türkmənistanın enerji təhlükəsinin zəmanəti olacağını bildirib: “Biz Türkiyə vasitəsilə türkmən təbii qazının Avropaya nəql edilməsinin təşkilinə və Avropanın enerji təhlükəsizliyinin təminatına böyük əhəmiyyət veririk. Türkmən qazı Avropaya TANAP vasitəsilə çıxa bilər. Türkiyə türkmən və Azərbaycan qazı ilə Avropanın enerji təminatına öz töhfəsini verir”.


Hər iki prezident və “Turkmenqaz” dövlət konserni ilə “Ataqaz” türk şirkətinin apardığı danışıqların nəticəsində təbii qazın alqı-satqısı üzrə çərçivə razılaşması başlayıblar.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm