DƏHŞƏT: Diri-diri qızın gözünü yeyib öldürdü - FOTO
Bizi izləyin

Dünya

DƏHŞƏT: Diri-diri qızın gözünü yeyib öldürdü - FOTO

Uelsin Kayrfilli qəsəbəsində dəhşətli cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəsəbənin 34 yaşlı sakini Metyu Vilyams barda tanış olduğu 22 yaşlı Cerys Yemin gözlərini və üzünü yeyərək öldürüb.

Hadisə qəsəbədəki kişik bir oteldə baş verib. Belə ki, daha öncə də keçmiş sevgilisinə təcavüz etdiyinə görə, 5 il yarım azadlıqdan məhrum edilən Metyu polis nəzarətində olmaq şərtilə iki həftə əvvəl azadlığa buraxılıb.

Həbsdən çıxdıqdan sonra o, əsasən evsizlər və keçmiş məhkumların məskunlaşdığı və müştərilərin qonaq qəbul etməsinin qadağan olunduğu “Sirhowy Arms Oteli”də qalıb.

Hadisə günü Vilyamsın qızla gəldiyini görən otel nəzarətçisi qaydaları xatırlatmaq üçün onun nömrəsinə getdiyində müştərinin qızı yediyini görüb. Nəzarətçi dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis narkotikanın təsiri altında olan Vilyamsı zərərsizləşdirmək üçün elektrik tapançadan istifadə edib. Bu da onun infarkt keçirərək ölməsinə səbəb olub.

Gördüklərindən şoka girən polis və otel nəzarətçisi isə psixoloji yardım üçün xəstəxanaya yerləşdirilib.

Cerysin valideynləri qızlarının ölümündə Vilyamsı nəzarətsiz buraxan hüquq-mühafizə orqanı əməkdaşlarını günahlandırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm