İŞİD Kobaniyə hücuma keçdi: 8 ölü, 4 yaralı
Bizi izləyin

Dünya

İŞİD Kobaniyə hücuma keçdi: 8 ölü, 4 yaralı

Azad Suriya Ordusu və peşmergə güclərinin Kobanidəki özünü müdfiə dəstələrinə yardıma gəlsə də, İŞİD-in hücumlarını dəf etməkdə aciz qalıblar.

Publika.az xəbər verir ki, hər gün şəhəri iri çaplı silahlardan atəşə tutan terrorçular kürdlərin müqavimətini sındırmağa çalışır. Ötən gündə İŞİD-in atdığı toplar şəhərdə dağıntılara səbəb olub. Bir neçə nəfərin həlak olduğu bildirilir.

Kobanidəki son vəziyyət haqqında BBC-yə açıqlama verən şəhərin müdafiə yetkilisi İsmət Şeyx Həsən ötən gecədən atışmanın intensivləşdiyini deyib.

Onun sözlərinə görə, əsasən şəhərin cənub və şərq cəbhəsində gedən döyüşlərdə 6 nəfər həlak olub. Bundan başqa 2 müki şəxs İŞİD-in atdığı top mərmisindən həyatla vidalaşıb, 4 nəfər yaralanıb. O, bu döyüşlərdə 30 terrorçunun məhv ediliyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm