Kataloniyada referendum keçirilib
Bizi izləyin

Dünya

Kataloniyada referendum keçirilib

İspaniyanın Konstitusiya Məhkəməsi qanuna zidd hesab etsə də, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib.

Publika.az xəbər verir ki, simvolik xarakter daşıyan səsvermənin nəticələrinin yaxın saatlarda açıqlanacağı bildirilir.

Qeyd edək ki, sentyabrın 19-da regional parlament 106 səs lehinə, 28 səs əleyhinə səsverməsilə referendumun keçirilməsi barədə qərar qəbul edib.

Öz növbəsində İspaniyanın Konstitusiya Məhkəməsi bu qərarın qanuna zidd olduğunu elan etmişdi.

Lakin Kataloniya prezidenti Artur Mas hüquqi qüvvəyə malik olmayan səsvermənin simvolik də olsa keçirmək qəqrarını qəbul edib.

Artur Mas ispaniya mərkəzi hökümətini qeyri-rəsmi referendumun qarşısını almaqdan ehtiyyatlandıraraq bunun "demokratiyaya birbaşa basqı" kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq eib.

İspaniyanın Baş naziri Mariano Rajoy referendumun heç bir nəticəsinin hüquqi qüvvəəyə malik olmayacağını vurğulayaraq, İspaniyanın parçlanmasına imkan verməyəcəyini bəyan edib. Bununla belə o referendum tərəfdarlarına Konstitusiya çərçivəsində muxtariyyətin genişləndirilməsi barədə danışıqların keçiriləcəyini vəd edib.

Kataloniyalılar arasında müstəqillik qazanmaq arzusu İspaniyada iqtisadi böhran başlanandan sonra güclənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm