İraq Baiji şəhərinin yarısını ələ keçirib
Bizi izləyin

Dünya

İraq Baiji şəhərinin yarısını ələ keçirib

İraq qüvvələri ölkənin ən böyük neftayırma müəssisəninin yerləşdiyi Baiji şəhərinin yarısı üzərində nəzarəti yenidən ələ keçirə biliblər.

Publika.az-ın məlumatına görə, bu barədə İraq Ordusu açıqlama verib.

Məlumata görə, İraq və kürd birləşmələrinə havadan dəstək göstərən, Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələri avqust ayından bəri bölgədəki hədəflərə yüzlərlə hava zərbələri endirib. Bu da terrorçuları geri şəkilməyə məcbur edib.

İslam Dövləti döyüşçüləri şəhərə iyun ayında daxil olsalar da, neftayırma zavodunu zəbt edə bilməmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm