İsveçrə Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi
Bizi izləyin

Dünya

İsveçrə Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi

İsveçrə Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaları gücləndirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə Federal Şurası qərar qəbul edib.

Sanksiyalar Rusiyanın beş aparıcı dövlət bankının uzunmüddətli kağızlarına qarşı məhdudiyyətləri nəzərdə tutur. Avqustun 27-də qəbul olunan əvvəlki qətnamədə qeyd olunurdu ki, İsveçrədə uzunmüddətli maliyyə aktivlərinin buraxılışı üçün Rusiyanın dövlət bankları xüsusi icazəni almalı olacaq.

İsveçrənin qəbul etdiyi sanksiyalar həmçinin Rusiyadan hərbi təyinatlı materialların idxalını və neft avadanlıqlarının ixracının məhdudlaşdırılmasını nəzərdə tutur. Bundan başqa, İsveçrə Krım və Sevastopolun inkişafına qoyulacaq investisiyaları məhdudlaşdıracaq.

Avropa Birliyi sentyabr ayında Rusiyaya qarşı qəbul etdiyi sanksiyalarla "Rosneft", "Transneft" və “Qazpromneft”in 30 gündən artıq müddətə maliyyələşdirilməsini qadağan edib. Analoji ölçülər müdafiə şirkətləri də daxil olmaqla Əmanət bankı, VTB, “Qazprombank”, VEB və Rusiya kənd təsərrüfatı banklarına qarşı qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm