BMT: Hər gün 500-dən çox uşaq yol qəzalarında ölür
Bizi izləyin

Dünya

BMT: Hər gün 500-dən çox uşaq yol qəzalarında ölür

Bu gün bütün dünyada yol qəzalarında ölənlərin xatirəsinin anım günüdür.

Publika.az «Росбалт»a istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun dünya ictimaiyyətinin diqqətini yol qəzalarına yönəldərək bildirib ki, hər il dünyada ölən 15-29 yaş arası insanların ölümlərinin əsas səbəbkarı yol qəzalarıdır.

O həmçinin qeyd edib ki, hər gün məktəbə və bağçaya gedərkən yüzlərlə balaca sərnişin və ya piyada vurulur:

“Yol nəqliyyat hadisəsi çox insanların həyatına son qoyur: hər gün məktəbə gedərkən, uşaq oyun meydançalarında, dostlarıyla evə gedərkən 500-dən çox uşaq dünyasının dəyişir. Daha yaşlı milyonlarla insan bundan ağır nəticələri yaşamalı olur”, - BMT-nin baş katibi bildirib.

Pan Gi Mun həmçinin qeyd edib ki, bu gün ümumdünya sürət artırma ilə mübarizəyə həsr olunub. Baş katibin sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlər 2020-ci ilə kimi davam edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm