Krım tatarlarından etiraz: "Türkiyə Krımın ilhaqını qismən tanıyıb"
Bizi izləyin

Dünya

Krım tatarlarından etiraz: "Türkiyə Krımın ilhaqını qismən tanıyıb"

Türkiyə hakimiyyəti Krım limanlarına türk gəmilərinin daxil olması faktlarına reaksiya vermir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Krım Tatar Məclisinin sədri Refat Çubarov bildirib.

Onun sözlərinə görə, Türkiyənin belə faktlara reaksiya verməməsi Krımın Rusiya tərəfindən ilhaqını qismən tanıması anlamına gəlir: “Ticarət şirkətlərinin gəmiləri beynəlxalq hüququn tapdalandığı, insanların repressiyalara məruz qaldığı ərazilərə üzə bilməz. Mənim nöqteyi-nəzərimə görə, gəmini Krım limanlarına aparan istənilən türk kapitanı yalnız işğalçıların deyil, həm də insanları oğurlayan qatillərin köməkçisidir”.

Qeyd edək ki, bundan əvvəl Krım tatarlarının lideri Mustafa Cəmilov Türkiyənin rəhbərliyi ilə danışıqlarda Moskvanın hərəkətlərinə cavab olaraq Bosfor boğazının Rusiya üçün bağlanmasını təklif etdiyini bildirmişdi. Bununla yanaşı, M.Cəmilov etiraf edib ki, Ankara belə bir addımı müstəqil deyil, yalnız NATO-nun qərarı ilə ata bilər. O, həmçinin xatırladıb ki, Türkiyə Rusiya ilə böyük ticarət dövriyyəsinə malikdir və təbii qaz tələbatının 50 faizini Rusiyadan idxal edir.

Rəsmi Ankara isə dəfələrlə bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və heç bir halda Krımın Rusiya tərəfindən ilhaqını tanımayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm