BMT Moskvadakı bürosunu bağlayır
Bizi izləyin

Dünya

BMT Moskvadakı bürosunu bağlayır

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) 2015-ci ilin ikinci yarısında Moskvadakı bürosunu bağlayacaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Mitrofanov bildirib.

“YUNESKO mürəkkəb maliyyə vəziyyətindədir. Buna görə də təşkilatın Moskvadakı bürosunun bağlanması haqqında qərar qəbul edilib”, - deyə o, vurğulayıb.

YUNESKO 1945-ci ilin 16 noyabrından mövcuddur və bu gün onun 195 üzvü var. Təşkilatın əsas vəzifəsi təhsil, elm və mədəniyyət sahəsində dövlətlərin əməkdaşlığının genişləndirilməsi yolu ilə sülhün möhkəmlənməsinə yardım etməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm