Aclıq ölüm təhlükəsinə qalib gəldi – VİDEO
Bizi izləyin

Dünya

Aclıq ölüm təhlükəsinə qalib gəldi – VİDEO

Ukrayna ordusunun əlində olan və hazırda separatçılar tərəfindən mühasirədə saxlanılan Donetsk aeroportu ilə bağlı daha bir video yayılıb.

Publika.az-ın verdiyi xəbərə görə, Ukrayna "kiborqları" Donetsk aeroportunda separatçıların atəşi altında zirehli texnikanı boşaldırlar.

Videodan da göründüyü kimi, Ukrayna hərbçiləri zirehli texnikadan su, ərzaq və döyüş sursatlarını tələsik boşaldırlar. Hərbçilər yükü boşaltdıqları zaman separatçılar onları fasiləsiz atəşə tutur.

Sentyabrın 5-də tərəflər arasında atəşkəs razılaşması imzalanmasına baxmayaraq, aeroport uğrunda döyüşlər davam edir. Separatçılar Donetsk aeroportunda qalan Ukrayna hərbçilərini daim atəş altında saxlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm