İran-İraq savaşında həlak olanların cəsədləri tapılıb
Bizi izləyin

Dünya

İran-İraq savaşında həlak olanların cəsədləri tapılıb

İran-İraq müharibəsində həyatını itirən 529 adama aid cəsəd qalıqları tapılıb.

Publika.az-ın məlumatına görə, bu barədə İraq İnsan Haqqları Nazirliyi məlumat yayıb. Məlumata görə, 18 oktyabrdan bu yana Beynəlxalq Qızıl Xaç Təşkilatının İranla birgə apardıqları qazıntı zamanı sərhəd şəhəri Maysanda 53-ü iranlı 415-i iraqlı olmaqla 468 cəsəd tapılıb.

Ölkənin cənubundakı Bəsrə şəhərində isə 32 İraq, 29 İran əsgərinin qalıqlarına rast gəlinib.

İran-İraq arasında 1980-1988-ci ilərdə baş verən müharibədə qeyri-rəsmi məlumatlara görə 1 milyon adamın həlak olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm