Yeni “soyuq müharibə”? – “Yox” demək üçün 3 fərq
Bizi izləyin

Dünya

Yeni “soyuq müharibə”? – “Yox” demək üçün 3 fərq

“Tanklar və canlı qüvvənin qonşu dövlətlərə müdaxiləsi, nüvə bombardmançıları və qırıcıların iştirakı ilə təhlükəli oyunlar, təbii qazın kəsilməsi, diplomatların hirsli atışmaları. Bütün bunlar sizə nəsə demirmi?”

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Böyük Britaniyanın “The Guardian” qəzetinin müşahidəçisi Saymon Tisdoll son vaxtlar haqqında daha tez-tez danışılan yeni “soyuq müharibə” iddialarını şərh edərkən yazıb.

“Moskvadan Vaşinqtona, Sidneydən Kiyevə qədər hamı yeni “soyuq müharibə"nin başlandığını bildirir”, - o qeyd edib.

Tisdollun fikrincə, hazırkı geosiyasi vəziyyət “soyuq müharibə”ni xatırlasa da, döyüş sahəsi o qədər geniş deyil. Siyasi müşahidəçi “soyuq müharibələr”in bir neçə fərqinin olduğunu deyib: “Birincisi, “soyuq müharibə”yə oxşar yeni qarşıdurma həqiqətən də qlobal olmayacaq. Əgər 1970-80-ci illərdə ən müxtəlif ölkələr ABŞ və SSRİ-nin böyük müharibə meydanı idisə, bu gün Moskvada dost və müttəfiq olduqca azdır. Nigeriya, Braziliya, İndoneziya, Cənubi Afrika Respublikası və Meksika tipli inkişaf edən ölkələr daha Moskvanın siyasi və ya hərbi himayəsinə ehtiyac duymurlar. Hindistan Rusiyanın siyasi sisteminə çəp baxır, Çin Rusiyanı hər şeydən əvvəl ucuz enerji və xammalın mənbəyi kimi qəbul edir. Həmçinin ABŞ-ın dostları da azalıb. Əgər ABŞ və Rusiya dalaşmaq istəsə, hər ikinin tərəfdarı daha az olacaq. Mümkündür ki, Çin və başqaları "köhnə" super dövlətlərin zəiflənməsinə sevinəcəklər. İkincisi, marksizm və bazar kapitalizmi arasında ideoloji mübarizə demək olar ki, başa çatıb. Onu dəyərlərin rəqabəti əvəz edib. Məsələn, idarə olunan demokratiyanın sistemi ilə azad seçkilər. Üçüncüsü, “soyuq müharibə” dövründəki qızğın silahlanma informasiya silahlanması ilə əvəz olunub. Casusluq, informasiya və iqtisadi casusluq ABŞ ilə Rusiyanın münasibətlərində əhəmiyyətli elementi olaraq qalır. Hazırda informasiya dövrünün yeni silahlarından istifadə olunur. Rusiya yaxşı təbliğat aparmağı öyrənib”.

S.Tisdollun sözlərinə görə, yeni “soyuq müharibə" ssenarisinə Vladimir Putinin kəskin xarakteri də əlavə olunub: “Xruşov, Brejnev və ya Andropovla müqayisədə Putin amansız görünür. Onun Rusiyanın böyüklüyünə alovlu inamı missiyasının hərəkət gücüdür. Qanunun normalarına və elementar insan fikirlərinə məhəl qoymamaq qabiliyyəti onu təhlükəli və ixtiraçı rəqibə çevirir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm