Dünya
İŞİD-ə qarşı quru əməliyyat bir ay əvvəl başlayıb – İDDİA
Qərb İŞİD terror qruplaşmasına qarşı mübarizədə heç də deyildiyi kimi, yalnız hava güclərindən istifadə etmir.
Publika.az-ın “Mail on Sunday”
qəzetinə mediaya istinadən verdiyi məlumata görə, İngiltərənin SAS
komandosları İraq torpaqlarında İŞİD-ə qarşı bir aydır gecə
basqınları təşkil edir. Bu basqınlarda 200 İŞİD üzvünün öldürüldüyü
bildirilir.
“Mail on Sunday” nəşrinə danışan İngiltərə Müdafiə Nazirliyindəki mənbə bildirib ki, SAS komandosları İŞİD-in əlindəki amerikalı və ingilis girovlarının edamında ittiham olunan “cihadçı Con” ləqəbli İŞİD üzvünün yerinin müəyyən olunması üçün göndərilmişdi. Mənbə qeyd edib ki, SAS komandosları hazırda İraqın şimal və mərkəzi vilayətlərində İŞİD-in mövqelərinə basqınlar həyata keçirir.
Məlumata görə, İngiltərə hava güclərinə aid pilotsuz hava vasitələri İŞİD-in bölgədəki mövqelərinin koordinatlarını SAS komandoslarına çatdırır. Bölgədəki gizli bazalarda yerləşdirilən komandoslar daha sonra “Chinook” tipli nəqliyyat vertolyotları ilə İŞİD-in mövqelərinin olduğu bölgəyə çatdırılır. İŞİD mövqelərinə yaxın bir ərazidə yerə endirilən komandoslar daha sonra xüsusi avtomobillərlə terrorçuların olduğu nöqtəyə gəlir. Qəflətən İŞİD üzvlərinə hücum edən komandoslar daha sonra sürətlə bölgədən ayrılır.
Hərbi mənbələr komandosların bu tipli hücumlarla orta hesabla hər gecə 8 İŞİD üzvünü öldürdüyünü vurğulayır.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR