Moskva Litva prezidentini Saakaşvilinin taleyi ilə hədələdi
Bizi izləyin

Dünya

Moskva Litva prezidentini Saakaşvilinin taleyi ilə hədələdi

Anti-Rusiya bəyanatları ilə çıxış edən Litva prezidenti Dalya Qribauskayteni Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin taleyi gözləyə bilər.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkın çıxış edib.

S.Narışkinin fikrincə, Rusiyanı terror dövləti adlandıran Qribauskayte öz fikirləri ilə "sahibləri”, millətçi radikallar və neonasistlərin xoşuna gəlmək istəyir. Narışkın “sahiblər” deyərkən kimləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

“Daim antirus bəyanatları ilə çıxış Mixail Saakaşvili bu gün haradadır? O, bu gün Gürcüstandan atılıb və heç kəs ona əlini vermək istəmir", - Rusiya Dövlət Dumasının spikeri deyib.

Qeyd edək ki, Litva prezidenti Rusiyanı bir neçə dəfə terrorizmdə ittiham edib. Rusiyanın Xarici İşlər Nazirliyində bildiriblər ki, Qribauskayte öz fikirləri ilə Kiyevdə radikal millətçilər tərəfindən hazırlanan ekstremist bəyanatları belə üstələyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm