NATO-nin keçmiş baş katibi polşalı kişi ilə yatıb – Şok iddia
Bizi izləyin

Dünya

NATO-nin keçmiş baş katibi polşalı kişi ilə yatıb – Şok iddia

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin mühafizəçisi, Danimarka Gizli Xidmətinin (PET) agenti Frank Martınsen Rasmussenin həyatından yazıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Liv Vagt” (“Qoruma”) adlanan kitabda Rasmussenin zövq üçün Müşk sığırını vurduğu, etirazçılardan qorxduğu və polşalı bir kişi yoldaşı ilə yatdığı kimi iddialar yer alıb.

PET-dən ayrılaraq xüsusi bir şirkətdə işə başlayan Frank Martınsen kitabı yazmaq üçün PET-dən icazə almadığını söyləyib.

Rasmussenin mətbuat sözçüsü Mixael Ulveman isə kitab haqqında bir şərh verməyəcəklərini bildirdi. NATO-nun keçmiş baş katibinin özünün də indiyə kimi kitab haqqında şərh vermədiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm