Dünya
Donbasda inqilab yetişir – FAKT
“Terrorçular tərəfindən işğal edilmiş Donbas hövzəsində inqilab yetişir”.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Sergey Kunisın çıxış edib.
Poroşenkonun məsləhətçisi hesab edir ki, Donbas hövzəsində inqilabın baş verməsi üçün hazırda bütün şərtlər var.
“Döyüşçülərin seçdiyi hansısa bir rəhbər insanlar qarşısında məsuliyyət daşımalıdır. Amma işğal olunan ərazilərdə istilik, çörək və işıq yoxdur, soyuq və aclıq var. Belə şəraitdə sosial qiyam üçün baza yaranır”, - Kunisın deyib.
Prezidentin məsləhətçisi əmindir ki, milyonlarla insan ayağa qalxarsa, heç kəs onlara qalib gələ bilməyəcək. Kunisın Kiyev hakimiyyətinin də onları dəstəkləyəcəyini vurğulayıb.
Ukrayna tərəfi separatçılar və Rusiya muzdluları tərəfindən işğal edilmiş ərazilərdə faciəli vəziyyətin yarandığını, su və ərzaq məhsullarının əhalinin tələbatı üçün kifayət etmədiyini bildirib. Bir çox yaşayış məntəqələrində isə əhali “aclıq qiyamları” keçirib. Donbasın böyük humanitar fəlakət qarşısında olmasını separatçıların Ukrayna tərəfinə etdiyi təklifdən də görmək olar.
Belə ki, dünən Ukrayna antiterror qərargahının mətbuat mərkəzindən separatçıların Ukrayna hərbi əsirləri ərzaq məhsulları və digər gündəlik tələbat məhsulları ilə dəyişmək barədə təklif verdiyi bildirilib.
Ömər Dağlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi