Əsədin hakerləri yenə iş başında
Bizi izləyin

Dünya

Əsədin hakerləri yenə iş başında

Suriya dövlət başçısı Bəşər Əsədin hakerləri yenə iş başındadır.

Publika.az-ın verdiyi məlumata görə, haker qrupu “Suriya elektronik ordusu” infrastruktur xidmətini təmin edən “Gigya” şirkətinə hücum edib.

Hücum nəticəsində onlarla internet saytına daxilolmalarda problem yaranıb. Onların arasında “The Independent”, “The Chicago Tribune”, CNBC, “PC World, Forbes”, “The Telegraph” və “Əlcəzirə” kimi nəşrlərin saytları da var. “Dell”, “Microsoft”, “Ferrari” və UNICEF kimi markaların da hücumdan zərər gördüyü bildirilir.

Saytlara daxil olmağa çalışan istifadəçilər "Suriya elektronik ordusu” yazısı ilə qarşılaşıblar.

Qeyd edək ki, “Suriya elektronik ordusu” Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən fəaliyyət göstərir. Ötən üç ildə “New York Times”, “Guardian” və “Huffington Post” kimi xəbər saytlarına hücumlar təşkil edən Suriya elektronik ordusu” ABŞ Dəniz Piyadaları, “Gmail” və “Twitter”i də hədəf seçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm