Bakını qəzəbləndirən telekanal Donetskdə yayıma başladı
Bizi izləyin

Dünya

Bakını qəzəbləndirən telekanal Donetskdə yayıma başladı

Ukraynanın "1+1" telekanalı separatçılar tərəfindən işğal edilmiş Donetskdə yayıma başlayıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Televiziya və Radio Verilişləri üzrə Şurasından bildiriblər.

Şuradan həmçinin bildiriblər ki, hazırda işğal edilmiş Donetsk və ətraf ərazilərdə "Ukrayna", “8 TVK”, "5 kanal", “21 TVK” kanalları və "Radio 24”ün siqnalları yayılır.

Xatırladaq ki, bu ilin aprel ayında Rusiya tərəfdarı olan separatçı qruplar Donetskdə televiziya binasını ələ keçiriblər.Televiziya binasında bölgənin yerli kanalından başqa televiziya ötürücüləri də yerləşir. Sparatçılar nəzarət etdiyi ərazilərdə Ukrayna kanallarının yayımını dayandıraraq, Rusiya kanallarının yayımına şərait yaratmışdılar.

Ukrayna Televiziya və Radio Verilişləri üzrə Şurası yerli sakinlərə antennaları yenidən qurmağı məsləhət görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm