Papa Sultanəhməd Məscidində etiyi duadan danışdı - VİDEO
Bizi izləyin

Dünya

Papa Sultanəhməd Məscidində etiyi duadan danışdı - VİDEO

Türkiyə səfərini başa vuraraq İtaliyaya qayıdan Roma Papası təyyardə maraqlı açıqlamalar verib.

Publika.az-ın məlumatına görə, Papa Fransisko Sultanəhməd Məscidində etdiyi duadan danışıb.

"Sultanahmet Məscidinə mən turist olaraq gəldim deyə bilməzdim. Oradakı o möhtəşəmlikləri gördüm. Müfti də Məscidlə bağlı çox yaxşı məlumatlar verdi. Qurandan ayələr oxudu. Məryəm Anadan bəhs etdi. Üstəlik də o möhtəşəm tikilini görüncə dua etmək istədim. Müftiyə dua edək dedim. O da tamam dedi", - Papa bildirib.

Papa etdiyi duaların məzmununu da açıqlayıb: "Türkiyə üçün, sülh üçün, Müfti üçün, hər kəs üçün və təbii özüm üçün dua etdim. Çünki buna ehtiyacım var. Ancaq xüsusilə sülh üçün dua etdim. Tanrım döyüşləri bitir dedim. Qısaca çox səmimi bir dua anı yaşadım".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm