İsveçrəlilər "yox" dedi
Bizi izləyin

Dünya

İsveçrəlilər "yox" dedi

İsveçrədə keçən referendumun ilkin nəticələrinə əsasən əksəriyyət immiqrasiya qaydalarının sərləşdirilməsi əleyhinə səs verib.

Publika.az-ın məlumatına görə, seçicilər, immiqrasiya səviyyəsinin ildə 80 mindən 16 minədək ixtisarını nəzərdə tutan planları rədd ediblər.

Referendumdan əvvəl immiqrasiya tərəfdarları ilə onun əleyhdarları arasındakı kəskin debatlar cəmiyyətdə qütbləşmə yaradıb.

İsveçrədə immiqrasiyanın yuxarı həddi kvotalarla müəyyən edilir.

İşsizliyin aşağı olmasına və yüksək həyat standartlarına rəğmən isveçrəlilər arasında əhalinin artması ilə bağlı narahatlıq yaşanır.

Son 20 il ərzində ölkə sakinlərinin sayı bir milyonadək artaraq 8,18 milyona çatıb.

Hazırda əhalinin 23 faizini əsasən Avropa ölkələrindən gələn əcnəbilər təşkil edir.

Federal Statistika İdarəsinin məlumatına əsasən İsveçrədə daimi yaşayan 8,18 milyon adamdan 1,96 milyon bu ölkənin vətəndaşlığına malik deyil.

Ölkəyə gələn immiqrantların əksəriyyəti Avropa dövlətlərinin vətəndaşlarıdır. Xüsusilə də İtaliyadan gələnlər üstünlük təşkil edir. Onların çoxu ölkəyə 100 il əvvəl gəlməyə başlasalar da yerli pasportu almaqla bağlı çətinliklərə görə İtaliya vətəndaşlığında qalıblar.

Sayca ikinci ən böyük immigrantlar qrupuna Almaniya vətəndaşları daxildir. Üçüncü yerdə sabiq Yuqoslaviya sakinləri gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm