Putin Suriya məsələsində razılaşdıq deyir
Bizi izləyin

Dünya

Putin Suriya məsələsində razılaşdıq deyir

Suriyada xaosa yol verirlməməsi mövzusunda Ərdoğanla həmfikirik.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bildirib.

Putin bildirib ki, Suriyada sülhün və təhlükəsizliyin təmin olunması üçün Türkiyə ilə Rusiya əməkdaşlıq edəcək: "Məsələ burasındadır ki, Suriyada yaşayan bütün insanlar necə özünü etibarda hiss edə bilər və rəhbərlik mövzusunda da necə bərabər hüquqlar əldə edə bilərlər? Bu mövzuda əməkdaşlıq etməliyik və bir-birimizi təmin edən qərarlar verməliyik. Bu qərarlar əvvəlcə Suriya xalqı və bütün siyasi gücləri üçün uyğun olmalıdır".

Putin, ayrıca bölgədə bütün aktyorlarla təmas halında olacaqlarını ifadə edərək, Əsədin rəhbərliyə davam edib etməyəcəyi məsələsinin Suriya xalqının iradəsindən asılı olacağını bildirib.

Ərdoğan isə Bəşər Əsəd rejimini terrorçu adlandırıb və Suriyada yaşananların birbaşa Əsəd rejimi tərəfindən qaynaqlandığını deyib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejimi getməlidir və xalqı azad seçkilərə hazırlamaq üçün bir platforma hazırlanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm