Rusiyaya sanksiyalar Ermənistanı çökdürdü
Bizi izləyin

Dünya

Rusiyaya sanksiyalar Ermənistanı çökdürdü

Rusiya rublunun qiymətinin kəskin şəkildə düşməsi fonunda Ermənistan valyutası olan dramın məzənnəsi də sürətlə enməyə başlayıb. Bu isə öz növbəsində bir sıra əsas tələbat mallarının bahalaşmasına səbəb olub.

Publika.az-ın verdiyi məlumata görə, Ermənistanda həftənin əvvəlindən ət, süd və çörək məmulatlarının qiyməti 10 faizədək artıb. Mağaza sahibləri bahalaşma prosesinin bundan sonra da davam edəcəyini deyirlər. Təhlilçilər səbəbi Qərbin Rusiyaya sanksiyaları nəticəsində rublun qiymətinin enməsi ilə izah edirlər.

Arman adlı mağaza sahibi BBC Azərbaycancanın İrəvan müxbirinə deyib ki, son iki gündə kolbasanın qiyməti azı 100 dram (0,23 dollar) artıb, süd məhsulları 20 dram bahalaşıb.

Qiymətlərin artmasını təchizatçılar Ermənistan dramının məzənnəsinin aşağı düşməsi ilə izah edirlər. Lakin mağaza sahibi süd məhsulları istehsalının idxalatla bağlı olmadığını deyir.

“Aştarak kat” süd məmulatları istehsal edən şirkətdən qiymətləri qaldırmağa məcbur olduqlarını bildiriblər. Şirkətin məlumatına görə, hələ keçən il tədarük edilən südün, kərə yağının, qablaşdırma malları, elektrik enerjisi, qaz və başqa yanacaq növlərinin qiymətləri artıb.

İqtisadçılar Ermənistan valyutasının dollara nisbətən dəyərinin düşməsini Qərbin sanksiyaları nəticəsində Rusiya rublunun məzənnəsinin enməsi ilə əlaqələndirirlər.

Çərşənbə axşamı günorta İrəvan valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının qiyməti rekord səviyyəyə - 465-470 drama çatıb. Amma oktyabrın sonunda 1 ABŞ dollarını 408-410 Ermənistan dramına almaq olardı.

“Hər necə olsa da, Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir etməyə bilməz. Çünki bu iki ölkənin iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır”, - İqtisadçı, professor Aşot Tavadyan bildirib.

Onun sözlərinə görə, Rusiyadan Ermənistana böyük məbləğdə transfertlər gəlir və orada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm