Papa Türkiyədəki bu üç şəxsə təşəkkür etdi
Bizi izləyin

Dünya

Papa Türkiyədəki bu üç şəxsə təşəkkür etdi

Katolik dünyasının ruhani lideri, Roma papası Fransisk noyabr ayının sonunda Türkiyəyə etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türk xalqı və ölkə rəhbərliyinə dua edən Roma papası üç şəxsə xüsusi təşəkkürünü bildirib.

“Məni hörmətlə qarşılayan və görüşlərimi lazımı şəkildə təşkil edən prezident Rəcəb Tayyib Ərdoğana, baş nazir Əhməd Davutoğluya vəDiyanət İşləri başqanı Mehmet Görmezə və digər səlahiyyətlilərə təşəkkür edirəm. Bu həqiqətən əhəmiyyətli bir iş idi və onlar bunu könüldən etdilər”, - Roma papası deyib.

Papa həmçinin qeyd edib ki, Türkiyədə görüşdüyü səlahiyyətlilərə xristianlar və müsəlmanların həmrəylik, sülh və ədalət üçün birlikdə fəaliyyət göstərməsinin vacib olduğunu söyləyib.

Xatırladaq ki, Roma papasının Türkiyə diqqətçəkən açıqlamalardan biri də Türkiyə-Ermənistan sərhədi ilə bağlı olub. O, sərhədin açılmasının vacibliyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm