Qroznıda 7 döyüşçü öldürülüb
Bizi izləyin

Dünya

Qroznıda 7 döyüşçü öldürülüb

Çeçenistan Respublikasının paytaxtı Qroznının mərkəzində mühasirəyə alınan döyüşçülərin neytrallaşdırılması üzrə əməliyyat son mərhələyə daxil olub.

Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə xüsusi əməliyyatlar üzrə operativ qərargahda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bildirib.

"Hazırda Çap Evində döyüşçülərin yeddi cansız bədəni aşkar edilib. Yaxın dəqiqələrdə xüsusi əməliyyat başa çatdırılacaq. Mən bilavasitə əməliyyata rəhbərlik edirəm. Bizim əsas məqsədimiz dinc əhali arasında qurbanların olmasına imkan verməməkdir”, - R.Kadırov vurğulayıb.

O qeyd etdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışan döyüşçülər polislərin formasını geyinmişdilər.

Qeyd edək ki, ötən gecə dövlət yol hərəkəti təhlükəsizlik müfəttişliyinin əməkdaşları şübhəli avtomobillərdən birini saxlamağa cəhd edərkən polislərə atəş açılıb. Atışma nəticəsində üç polis həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm