Terror aktına Doku Umarovun qardaşı rəhbərlik edib – İDDİA
Bizi izləyin

Dünya

Terror aktına Doku Umarovun qardaşı rəhbərlik edib – İDDİA

Çeçenistan Respublikasının paytaxtı Qroznıda bu gün öldürülən silahlıların Doku Umarovun qardaşı ilə bağlılığı olduğu bildirilir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bildirib.

R.Kadırovun sözlərinə görə, silahlıların paytaxtda terror aktını törədəcəyi barədə məlumatlı olsa da da, dəqiq tarixi öyrənmək mümkün olmayıb. “Biz düşünürdük ki, onlar Rusiya Konstitusiya gününün keçiriləcəyi 12 dekabrda terror aktını təşkil edəcəklər. Amma onlar bunu bu gün etdilər”, - deyə Kadırov “Rossiya 24” telekanalın efirində bildirib.

Qeyd edək ki, ötən gecə Qroznının mərkəzində mücahidlərlə təhlükəsizlik əməkdaşları arasında şiddətli döyüşlər gedib. Döyüşdə pulemyotlardan, həmçinin ağır texnikadan istifadə olunub.

Mücahidlərin bəyanatında deyilir ki, döyüşdə qarşı tərəfin xeyli sayda avtomobili, zirehli texnikası və çoxlu sayda “kadırovçu” öldürülüb. Qroznı 9-cu şəhər xəstəxanasından da ora çoxlu cəsəd və yaralının gətirildiyi bildirilib. Öz növbəsində Rusiya KİV-i bildirib ki, 10 polis ölüb və bundan daha çoxu yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm