Vəzifədən gedən nazir Əfqanıstana gözlənilməz səfər etdi
Bizi izləyin

Dünya

Vəzifədən gedən nazir Əfqanıstana gözlənilməz səfər etdi

ABŞ-ın vəzifəsini təhvil verməyə hazırlaşan müdafiə naziri Çak Heygel gözlənilmədən Əfqanıstana səfər edib.

Publika.az-ın məlumatına görə, onun Əfqanıstandakı Amerika əsgərləri ilə görüşü planlaşdırılıb.

Səfərlə bağlı jurnalistlərə açıqlama verən Heygel 2015-ci ilin ilk bir neçə ayı ərzində Əfqanıstanda əlavə min ABŞ əsgərinin qalacağını deyib. Çak Heygel Əfqanıstan təhlükəsizlik qüvvələrinin paytaxt Kabili Taliban yaraqlılarının hücumlarından qoruya biləcəyinə əmin olduğunu deyib.

O bildirib ki, prezident Barak Obama Qərb ölkələrinin yanvar ayında başlayacaq NATO-nun dəstək missiyasına əsgəri qüvvə göndərilməsi ilə planlarını gecikdirdiyinə görə ABŞ əsgərlərinin ölkədən çıxarılması prosesində dəyişikliklər edib.

Bununla ilin sonuna qədər ABŞ əsgərlərinin sayının 9 min 800 nəfərə qədər ixtisar edilməsinə dair plana dəyişiklik edilir. Lakin Əfqanıstanda saxlanacaq 10 min 800 nəfərlik əsgəri qüvvə 2016-cı ildə yarıya qədər azaldılaraq 5 min 500 nəfərə çatdırılacaq.

Qeyd edək ki, NATO-nun Əfqanıstanda hərbi-döyüş missiyası dekabrın 31-də sona çatır. Əfqanıstanda qalacaq 12 min 500 nəfərdən ibarət hərbi personal Əfqanıstan hərbi qüvvələrinə təlim və yardım missiyasını həyata keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm