Co Bayden: "İranla nüvə sazişi bağlamaq mümkün olmayacaq"
Bizi izləyin

Dünya

Co Bayden: "İranla nüvə sazişi bağlamaq mümkün olmayacaq"

İranla nüvə sazişinin əldə olunması şansı 50 faizdən də aşağıdır.

Publika.az xəbər verir ki, bunu , amma buna ABŞ-ın vitse-prezidenti Co Bayden deyib. Bununla belə o, cüzi də olsa şansın olduğunu bildirib.

Vaşinqtodakı Brukinqs İntitutunda Yaxın Şərq forumunda danışan cənab Bayden deyib ki, Ağ Ev İranın nüvə silahı istehsal etməsinə imkan verməyəcək və bu mövzu heç zaman müzakirə mövzusu ola bilməz.

O, əlavə edib ki, nüvə proqramına görə tətbiq edilən sanksiyaların İran iqtisadiyyatına ciddi zərbə vurduğuna görə, Tehran danışıqlarda mülayimlik göstərə başlayıb. Əlavə sanksiyaların tətbiqinə gəlincə, Bayden hazırki mərhələdə bunun bütün dünyaya mənfi təsiri olacağını düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm