"Qorbaçovda alınmadı, Putin də hədəfə çatmayacaq”
Bizi izləyin

Dünya

"Qorbaçovda alınmadı, Putin də hədəfə çatmayacaq”

"Rusiya Prezidenti Vladimir Putin iqtisadiyyatda dəyişikliklər edə bilməyəcək".

Axar.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı ekspert Slava Rabinoviç deyib. Rabinoviç fikrini belə əsaslandırıb:

"Qorbaçov öz ilkin hədəflərinə nail olmadı, ona görə ki, o da siyasi kursunu dəyişmədi. Putin də siyasi xəttini dəyişdirməyəcəyi təqdirdə belə olacaq və hədəflərinə çata bilməyəcək".

Rusiyalı ekspert Qorbaçov dönəmindən nümunə gətirərək bildirib:

"SSRİ dövründə hakimiyyətə 1985-ci ildə nisbətən gənc və lovğa partiya fəalı Mixail Qorbaçov gəldi. O, iqtisadi sistemi dəyişdirmədən SSRİ-nin bütün siyasi kursunu dəyişdirməyə çalışdı. Bunun isə hansı nəticələrə gətirib çıxardığını hamımız gördük".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm