Prokurorluq iki ən məşhur cərrahla bağlı araşdırmalar aparır
Bizi izləyin

Dünya

Prokurorluq iki ən məşhur cərrahla bağlı araşdırmalar aparır

Prokurorluq orqanları ölkənin iki tanınmış beyin cərrahı haqqında istintaqa başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dənizli Dövlət Xəstəxanasının iki ən məşhur cərrahı xəstəxanadan daha çox pay – faiz almaq məqsədi ilə etmədikləri əməliyyatı etmiş kimi göstərməkdə ittiham olunurlar.

İddiaya görə, cərrahlar tərəfindən beyin şişi ilə bağlı əməliyyatda beynin bir hissəsinin alındığı göstərilib. Boyun yırtığı əməliyyatında isə yırtığın xaricindəki sümüyün də alınması ilə əlaqədar xəstəxananın sistemində fərqli kod qeyd olunub. Prokurorluğun araşdırmalarına görə, edilməyən əmaliyyat və müalicələrin xərcləri isə Sosial Güvənlik Kurumuna yönəldilib.

Beləliklə, 21 xəstənin sənədlərini araşdıran ekspert qrupu sözügedən ittihamları təsdiqləyən hesabat hazırlayıb. Bundan sonra xəstəxana rəhbərliyinə baş vermiş olayla bağlı müvafiq məlumat verilib. Lakin adıçəkilən tibb müəssisəsi daxilində hər hansı araşdırma, istintaq aparılmayıb. Sadəcə olaraq, iki beyin cərrahına xəbərdarlıq cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, məsələ ilə əlaqədar Sosial Güvənlik Kurumuna heç bir məlumat verilməyib.

Dənizli prokurorluğu isə bildirir ki, sözügedən iki cərrahın etmədikləri əməliyyatları müvafiq sənədlərdə etmiş kimi göstərməkdə ittiham olunur və artıq bu əməl öz təsdiqini tapmaqdadır. Həkimlər bu yolla daha çox göstərici xalı əldə etməklə yanaşı, istifadə olunmayan tibbi avadanlıqları istifadə edilmiş kimi göstərməklə əlavə qazanc götürüb. Qeyd edək ki, boyun yırtığı əməliyyatında edilməyən əməliyyat üçün istifadə edilmiş kimi göstərilən avadanlıqların dəyəri 5-7 min lirə (2,5-3,5 min manat) arasında dəyişir.

Xəstəxana rəhbərliyi ən son 11 noyabr 2013-cü ildə təqdim edilən yeni şikayət ərizəsindəki iddiaların araşdırılması üçün Türk Nevrocərrahiyyə Dərnəyinə müraciət etmək barədə qərar qəbul edib. Baş həkim İbrahim Çövütün imzası ilə müraciət 21 noyabr 2013-cü il tarixdə hazırlanıb. Şikayət ərizəsində əməliyyatlarında qanunsuzluq edildiyini deyən 21 xəstəyə aid bütün sənədlər dərnəyin Ankaradakı ofisinə göndərilib. Türk Nevrocərrahiyyə Dərnəyi hazırladığı hesabatı 2 ay sonra xəstəxanaya ünvanlayıb. Həmin sənəddə xəstəxələrin qeydiyyat sənədlərində fərqli kodların yazıldığı müəyyənləşdirilib. Bundan sonra istintaq tədbirləri daha da genişləndirildi. Prokurorluq saxtakarlıq, ictimai zərər iddiası ilə başlanılan istintaqda iki cərrahla bağlı istintaq icazəsi üçün rayon rəhbərliyinə müraciət edib. Bununla da rayonun yetkili şəxsləri müvafiq razılığı veriblər. Odur ki, hazırda Dənizli Dövlət Xəstəxanasının iki ən məşhur cərrahı ilə bağlı araşdırma aparılır, onların fəaliyyəti ciddi şəkildə yoxlanılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm