Ukrayna separatçıları ölüləri “çeşidləyirlər” - FOTOFAKT
Bizi izləyin

Dünya

Ukrayna separatçıları ölüləri “çeşidləyirlər” - FOTOFAKT

Separatçıların nəzarətində olan Donetsk vilayətində son gün ərzində də Rusiya qoşunlarının yerləşdirilməsi davam etdirilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Onun məlumatına görə, son gündə Donetsk vilayətinə Rusiya qoşunları və muzdlularından ibarət iki rota taktik qrupu gəlib. Taktik qruplar ştatlı hərbi texnika və silahları ilə təchiz edilib. Həmçinin Donetskdə daha əvvəllər vurulmuş hərbi texnikaların Rusiyadan gəlmiş mütəxəssislərin köməyi ilə intensiv təmiri davam edir. Donetsk şəhəri yaxınlığında ən azı üç təmir meydançası qurulub.

Hərbi ekspert qeyd edib ki, Luqansk vilayətinin Antrasit rayonunda məhv edilmiş yerli döyüşçülər, Rusiya hərbi qulluqçuları və muzdluların cəsədlərinin qəbulu və "bölgüsü” məntəqəsi yaradılıb. D.Tımçuk qeyd edib ki, məntəqəyə gətirilənlərin əsas hissəsi yerli döyüşçülərdir.

“İnformasiya müqaviməti” qrupunun koordinatoru əlavə edib ki, Rusiya muzdluları və kazaklar bir çox hallarda vuruşmaqdan imtina edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm