Moskva doqquzuncu “humanitar yardım” kolonunu Donbasa göndərdi
Bizi izləyin

Dünya

Moskva doqquzuncu “humanitar yardım” kolonunu Donbasa göndərdi

Rusiya Federasiyasının doqquzuncu humanitar yardım kolonu Rostov vilayətinə gəlib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Humanitar yardımın sonradan Ukraynanın şərqinə göndərilməsi nəzərdə tutulub. Qırx avtomobildən ibarət humanitar yük dünən Moskva ətrafından yola çıxıb.

Bundan başqa, humanitar yardım Həştərxan, Tver, Taqanroq, Krasnodar, Voronej və digər regionlardan göndərilib. Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Ukrayna sərhədçiləri doqquzuncu humanitar yardım kolonunun yoxlanılmasına dəvət edilib.

Ukrayna Rusiyanın humanitar yardım adı altında separatçılara silah və hərbi texnika çatdırdığını iddia edir. Avropa Birliyi və ABŞ da Kiyevin mövqeyini dəstəkləyərək Ulkraynanın icazə və nəzarəti olmadan Donbas hövzəsinə humanitar yardımın göndərilməsini ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm