Dünya
Buş və Obama məhkəmə qarşısında ifadə verə bilər
ABŞ-da törədilən 11 sentyabr hadisələri ilə bağlı Quantanamo hərbi dəniz bazasında saxlanılan məhkumların vəkilləri keçmiş prezident Corc Buş və indiki prezident Barak Obamanın məhkəmə qarşısında ifadə vermələrini tələb ediblər.
Publika.Az-ın məlumatına görə, terror aksiyasının planlaşdırılmasında və həyata keçirilməsində ittiham olunan 5 məhbusun vəkilləri bildiriblər ki, Buş, Obama və digər rəsmilərin verdikləri açıqlamalar hakimlərin çıxaracaqları qərarlara təsir edə biləcəyi üçün ittihamlar ləğv olunmalıdır.
Müvəkkillərinin davamlı olaraq terrorçu adlandırılmasının hüquqa zidd olduğunu deyən vəkillər bu şərtlər altında ədalətli hökmün çıxarılacağına inanmadıqlarını deyiblər.
Vəkillərin məhkəmə qarşısında ifadə vermək üçün məhkəməyə gətirilməsi vacib olanlar arasında vitse-prezident Co Bayden, ədliyyə naziri Erik Holder və senator Lindsi Qrehem də var.
Anar Əhmədov
Publika.Az
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi